Maliyyə Nazirliyi "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır.
S&P Azərbaycanın suveren reytinqini - “BB+/B” SƏVİYYƏSİNDƏ TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
"Agentlik ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirir", - deyə qurum bəyan edib.
"Hesabatda ölkənin kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğu qeyd edilib. Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illərdə neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilib.
Bununla yanaşı, hesabatda Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının artdığı, habelə eyni suveren reytinqə malik olan ölkələrlə müqayisədə ölkəmizin aşağı səviyyədə olan xarici dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli perspektivdə daha da azalacağı göstərilməklə, Azərbaycanın yüksək xarici valyuta ehtiyat mövqeyinin suveren reytinq üçün əsas dəstəkçi olduğu qeyd olunub.
Hesabatda həmçinin, Azərbaycanın qeyri-neft sektorunun 2022-ci ildə 9 % artdığı və bu artımın növbəti illərdə də davam edəcəyi bildirilib. Qeyd edilənlərlə yanaşı, hesabatda Azərbaycanla Ermənistan arasında olan uzunmüddətli münaqişənin 2020-ci ildə başa çataraq ölkəmizin səyləri nəticəsində tərəflərin sülh müqaviləsinin bağlanmasına yaxınlaşması müsbət hal kimi vurğulanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub.