Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarından tələb edib ki, llik maliyyə hesabatlarını gecikdirməsinlər. FED.az nazirliyə istinadən xəbər verir ki, bununla bağlı vaxt 2018-ci il, aprelin 1-də bitir.
Məlumatda bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarətdir:
1. Maliyyə vəziyyəti haqqında.
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması da təsdiq edilib. Tələb bundan ibarətdir ki, təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək mümkündür.
Maliyyə Nazirliyi QHT-lərə vaxt qoydu: 1 aprelə qədər
17:36
12 Yan 2018