“Formalaşmış ənənəyə uyğun olaraq burada səsləndirilən şərh və təkliflərə həm Maliyyə Nazirliyində, həm də müvafiq qurumlarda baxılır”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu təkliflərin əsasında növbəti illərin dövlət büdcəsində maliyyə ayrılması ilə bağlı qərarlar qəbul edilir: “Bu proses bu gün də davam etməkdədir. Onu da etiraf etmək yerinə düşər ki, əlavə vəsaitlərin ayrılması, ələlxüsus investisiya layihələrinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyindən vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanlarının orta büdcə dayanıqlılığına mümkün təhdidlərin qiymətləndirilməsi əsasında baş verir. İlk növbədə sosial xərclərin maliyyələşdirilməsi, milli müdafiə və təhlükəsizlik məsələlərinin təmin edilməsi ön plana çəkilir. Növbəti illərdə də bu yanaşma tətbiq ediləcək”. (Apa)