Azərbaycanın yenidənb baxılmış 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin bir barrelinin orta ixrac qiymətinin 10 ABŞ dolları çox - 60 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görsənsə də realdır".
Azərbaycan neftinin büdcə qiyməti - 60 DOLLARA QALDIRILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov "2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişikliyin müzakirəsində bildirib.
O həmçinin qeyd edib ki, ölkədə orta illik inflyasiyanın azalacağı nəzərdə tutulur.
"Eyni zamanda vacib amillərdən biri gəlirlər üzrə proqnozların tərtib olunması üçün qeyri-neft ÜDM-nin dəyəridir. Bu rəqəm əvvəlki proqnozla müqayisədə artırılıb", - deyə nazir əlavə edib. (Report)