“Qarabağda soydaşlarımıza vurulan ziyanın qiymətləndirilməsi aparılır. Buna beynəlxalq mütəxəssislər cəlb edilir”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, o cümlədən Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təqdim olunması üçün iddiaları da formalaşdırır: “İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin maliyyə tutumunun hesablanması üçün işlər gedir. Bununla bağlı Prezidentin sərəncamı ilə xüsusi komissiya yaradılıb. Bu komissiya tərəfindən bu işlər yerinə yetiriləcək”.