“Hamımızın böyük şərəflə yaşadığımız günlərdən dərhal sonra Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib. Əksər deputatlar öz təkliflərini bildiriblər”.
FED.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdlarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırılması imkanlarına baxılması təklifləri olub: “Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitin artırılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrastruktura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyyatları müəyyənləşəcək”.
Nazir bildirib ki, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırıması Azərbaycan Prezidentinin hər zaman diqqət mərkəzində olub.
S.Şərifovun sözlərinə görə, son 5 ildə sosialyünömlü xərclərin çəkisi artıb: “2021-ci ildə dövlər büdcəsinin sosialyünömlü xərcləri 5,3 faiz artıb. Koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, yeni tələbə kredit proqramlarının, ehtiyac meyraının artırıması ilə 2021-ci ilin dövlət büdcəsinin öhdəlikləri artmaqdadır”. (Report)