“Dünya neft və qaz bazarında qiymət konyukturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib”.
Dövlət büdcəsinə dəyişiklik ediləcək – NEFT 75 DOLLAR, VERGİ VƏ GÖMRÜK PLANI ARTACAQ
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, 2024-cü ildə dünya bazarında neftin bir barelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 27.3 ABŞ dolları çox olub: “ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb. Yenilənmiş proqnozlar cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib”. (Apa)