Maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə gəlirlərinin 2023-cü və 2022-ci ilə nisbətən azalmasına münasibət bildirib.
"Büdcə proqnozlaşdırılmasında neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik"
FED.az xəbər verir ki, maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib ki, büdcə gəlirlərinin azalmasının səbəbləri bəllidir.
Samir Şərifov qeyd edib ki, bunun səbəbi neft sektorunda hasilatın azalmasıdır: “Qaz sektorunda isə artımlar var. Burada hər hansı gözlənilməyən məsələ yoxdur. Bunu gəlirlərin azalması kimi təqdim etmək doğru olmaz. Qeyri-neft sektoru üzrə gəlirlərimizi artırmalıyıq. Bu sahədə tərəqqi var, amma inkişaf etdirilməlidir. Qeyri-neft sektoru üzr gəlirlər artmaldır”. (Apa)