“Debitor borcların artması ilə bağlı Hesablama Palatasının sədri danışdı. Burada söhbət avans ödənilmiş vəsaitdən gedir”.
"Əsaslı büdcə xərcləri 3,3 milyard manat artacaq"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında bildirib.
“Podratçılara qabaqcadan ödənilmiş məbləğlərdir. Bu ödənişlər həyata keçirilərkən dövlət xəzinədarlıq əməkdaşları tərəfindən bu məbləğlər nəzərə alınır və müəyyən işlər görüldükcə avans məbləğlər azaldılır. 2023-cü il ərzində bağlanılmış avansların 62 %-i bundan əvvəlki illərdə verilmiş avans məbləğlərini əhatə edir. Bununla bağlı əsas məqam 2023-cü ilin sonuna qədər debitor borclar 4 milyard 437 milyon manata qədər artıb. Avansların 78,8 %-i güc strukturlarının üzərinə düşür. Bu da başadüşüləndir. Bu təşkilatlar tərəfindən müəyyən məmulatların alınması, istehsalı üçün uzunmüddətli müqavilələri bağlamalıdır.
Bu da xeyli vaxt tələb edir. Belə olan təqdirdə bu vəsaitlər əvvəlcədən ödənilir, müvafiq avans təminatları alınır ki, bu müqavilələrin icrası təmin edilsin. Bu məsələlərə xəzinədarlıq orqanları tərəfindən nəzarət gücləndirilib. Bunun nəticəsidir ki, 2023-cü ildə məbləğ 2022-ci ildən aşağı düşüb. Azərbaycanda 2022-ci ilin sonuna avans məbləği 1,1 milyard manat təşkil edirdisə, 2023-cü ilin sonuna 900 milyon manat olub. Yəqin ki, bu vəziyyət davam edəcək, çünki güc strukturları tərəfindən bu sifarişlər edilir, amma bunlar üzərində nəzarət qurulur. Digər dövlət qurumlarının xüsusi çəkisi isə ildən-ilə azalacaq”, - nazir qeyd edib.