Azər Rasim oğlu Abbasov, Azərbaycan Respublikasının Prezidenti İljam Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Prezident Penitensiar xidmətin rəhbərini işdən azad etdi - YENİ TƏYİNAT - SƏRƏNCAMLAR
FED.az xəbər verir ki, Azər Abbasov 1985-ci ildə Bakı şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ üzrə magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə 2006-cı ildən Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.
2010-2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirmişdir.
2016-2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətində Hüquq sektorunun müdiri vəzifəsini icra edib.
2018-2023-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 3930 nömrəli 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Ailəlidir, 1 övladı var.