EUR
Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatına dair son fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, EUR/USD məzənnəsinin 1.22$-ın altında müqavimətlə rastlaşdığı müşahidə edilir. Bunun ən önəmli səbəbi Avropa Mərkəzi Bank üzvləri tərəfindən və Avropada avronun cari səviyyələrdə ticarət edilməsindən narahatlıqlarını bildirməsidir.
Bu həftə isə Avrozona və Amerikadan dərc ediləcək inflyasiya, sənaye, xidmət sektorları və əmək bazarında dair önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır.
Qeyd etmək lazımdır ki, ABŞ-ın əmək bazarı fonunda müsbət proqnozlar özünü sənaye və xidmət sektorlarında da göstərərsə, bu, avroya qarşı təzyiqləri daha da artıra bilər.
GBP
Funt sterlinq də təzyiq altındadır və 1.38$ müqavimətini qıra bilmir. İngiltərənin sənaye və xidmət sektorları ilə bağlı yayımlanacaq göstəricilər ilə yanaşı, mərkəzi bankın monetar siyasət açıqlaması da bu həftə önəmli rol oynayacaqdır.
Beləliklə, fundamental hadisələr GBP/USD məzənnəsində 1.37$-ın qırılması ilə nəticələnərsə, ucuzlaşma dalğası başlaya bilər.
TRY
Foreks bazarlarında lirəyə tələb artdığından 7.26TL-yə kimi ucuzlaşıb. 7.24TL-nin qırılması ilə lirədə bahalaşma 6.96TL-yə kimi davam edə bilər. Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri də diqqət mərkəzindədir.
OIL
Enerji birjalarında son iki həftədir Avropanın Brent neftinin bir barel qiyməti 57 - 54$ aralığında dalğalanmaqdadır və cari səviyyələrdə ticarət edilməkdə davam edəcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızılın qiyməti son iki həftədir 1875$-da (60.3 $/qram) müqavimətlə rastlaşır və bir unsiya üzrə qiymət sözügedən səviyyənin altında qalmağa davam edərsə, 1800$-a (57.9 $/qram) kimi ucuzlaşacağı proqnozlaşdırlır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.