Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi üzrə Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramına (KSP layihəsi) qoşulub.
FED.az xəbər verir ki, KSP layihəsi çərçivəsində Azərbaycanda səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Eləcə də bax: Zakir Nuriyev: Banklarda 10 milyard manatlıq "ölü əmlak" var
MBNP və Koreya İnkişaf İnstitutunun birgə təşkilatçılığı bu gün Bakıda “Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi” layihəsinin yekunlarına dair tədbir təşkil olunub. Koreya ekspertləri tərəfindən KSP layihəsinə həsr olunan tədbirdə Azərbaycan qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə dair təkliflərlə bağlı təqdimatla çıxış ediblər.
Tədbirə Palata tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair görülən işlərə və əldə edilən nailiyyətlərə dair məlumat verildikdən sonra Koreyalı ekspertləri ilə əməkdaşlıqdan və KSP layihəsinin yerli qiymətli kağıza və törəmə maliyyə alətləri bazarına töhfəsindən bəhs edib. Koreyanın Azərbaycandakı səfiri Tonq Op Kim ölkələr arası əməkdaşlığın yüksək səviyyədə olmasını, xüsusilə maliyyə sektorunda Koreyanın qabaqcıl təcrübəsinin yerli ekspertlərlə bölüşməsinin olduqca faydalı olacağını vurğuladı.
Tədbirə dövlət qurumlarından Azərbaycan Respublikasının Mərkəzi Bank və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, beynəlxalq təşkilatlar, o cümlədən IMF, EBRD, ADB, IFC, SECO, maliyyə bazarlarını təmsil edən Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası ictimai birlikləri, həmçinin bank və investisiya şirkətlərinin nümayəndələri iştirak edib.