“Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər noyabrın 15-də, saat 10:00-da attestasiyaya dəvət olunurlar.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.
Eləcə də bax: Maliyyə Bazarlarına Nəzarət Palatası tenderinin - LƏĞV OLUNDUĞUNU AÇIQLADI
Məlumatda həmçinin deyilir ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.