m10 Azərbaycanda rəqəmsal ödənişlər üçün elektron pulqabıdır. İstifadəçilər bu platforma ilə pul köçürmələri, ödənişlər və balans idarəetməsi həyata keçirə bilirlər. Lakin mart ayından etibarən m10-un tariflərində bəzi dəyişikliklər qüvvəyə minəcək. İndiyə qədər komissiyasız və limitsiz şəkildə təqdim edilən bəzi xidmətlər üçün müəyyən limitlər və komissiyalar tətbiq ediləcək.
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Kapital Bank mobildə
FED.az xəbər verir ki, mart ayından etibarən m10 hesabından karta köçürmələrdə yeni qaydalar tətbiq olunacaq. İndiyə qədər istifadəçilər bu əməliyyatları tamamilə komissiyasız və limitsiz şəkildə həyata keçirə bilirdisə, martdan etibarən aylıq 5000 manatadək köçürmələr komissiyasız olacaq, bu limiti aşdıqda isə 0,5% komissiya tətbiq ediləcək.
Eyni zamanda, m10 hesabları arasında köçürmələrə də dəyişiklik edilib. Əvvəllər aylıq 20 000 manatlıq limitdən sonra hər köçürməyə 0,5% komissiya tətbiq edilirdisə, martdan etibarən bu limit 5000 manatadək endiriləcək. Yəni, bundan sonra m10 hesabları arasında aylıq 5000 manat köçürmə pulsuz olacaq, bu məbləğ aşılarsa, 0,5% komissiya tutulacaq.
QR vasitəsilə nağdlaşdırma isə indiyə qədər komissiyasız həyata keçirilirdi. Lakin mart ayından etibarən bu əməliyyat üçün 1% komissiya (minimum 1 manat) tətbiq olunacaq. Bununla yanaşı, m10 hesabının artırılması əvvəlki kimi komissiyasız qalacaq və martdan sonra da bu şərt dəyişməyəcək.