Kanada sakini “49-dan 6” milli lotereyasında 5 milyon Kanada dolları (3,8 milyon ABŞ dolları) udub. FED.az xarici mediaya istinadən xəbər verir ki, bunu lotereyanın təşkilatçısı olan OLG şirkətinin nümayəndəsi bildirib. “Düşən nömrələr 1, 24, 35, 41, 42 və 49, bonus rəqəmi -18”, - deyə təşkilatçı dəqiqləşdirib. Udmuş bileti Britaniya Kolumbiyası əyalətinin sakini alıb.
Eləcə də bax: “Azərlotereya” tarixində ən böyük 3 uduş – AÇIQLANDI
Ölkə tarixində “49-dan 6” lotereyasında 64 milyon Kanada dolları məbləğində ən böyük cekpot 2015-ci ildə oynanılıb. 2015-2018-ci illərdə 60 milyon ABŞ dolları məbləğində daha bir neçə cekpot isə digər populyar Lotto Max lotereyasında qeydə alınıb. Bu uduşların məbləği orta hesabla 46 milyon ABŞ dolları təşkil edib.