VI Çağırış Milli Məclisin növbədənkənar sessiyası iyulun 8-də başa çatdı.
Eləcə də bax: Lombarddan pul götürənlərin - DİQQƏTİNƏ! - VİDEO
FED.az xəbər verir ki, cari ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş, lakin müzakirəsi baş tutmayan qanun layihələri növbədənkənar sessiyanın da gündəliyində yer almadı.
Bununla belə, həmin qanun layihələrinin, o cümlədən bir sıra sahələrlə əlaqədar yeni hazırlanacaq və artıq ilkin versiyada hazır olan layihələrin 2022-ci il payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
Bunların içərisində yaz sessiyasının gündəliyinə daxil edilən 6 qanun layihəsi daha çox qeyd edilir. Bunlar, “Hərbi qulluqçuların statusu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələridir.
İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsinin isə üçüncü oxunuşda müzakirəsi payız sessiyasına saxlanıldı.
Payız sessiyasının qanunvericilik işlər planına “Rəqabət Məcəlləsi”nin layihəsinin daxil edilməsi də gözlənilir. Belə ki, uzun müddətdir hazırlandığı haqqında iddialar ortaya atılan məcəllənin layihəsi artıq hökumətə təqdim edilib.
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini də müzakirəyə çıxarmağa hazırlaşır. Layihənin artıq hazır olduğu, payız sessiyasında işlər planına daxil ediləcəyi düşünülür.
Payız sessiyasında maliyyə-bank sektorunun tənzimlənməsi sahəsində də mühüm layihələrin müzakirəyə çıxarılacaq. Bundan başqa ictimai birliklər, siyasi partiyalar və vətəndaş cəmiyyəti haqqında yeni qanun layihələrinin hazırlanması və müzakirəsi haqqında qərarlar da parlamentin payız sessiyasına planlaşdırıb. (Modern.az)