Lizinq haqqında qanun artıq hazırdır və artıq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Düşünürəm ki, bu il bu qanun qəbul ediləcək.
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, lombardlarla bağlı qanunvericilik təkmilləşdirilir və bunu da bu il müzakirəyə çıxarmağı və təsdiq etməyi hədəfləyirik: "Lizinq sahəsində tənzimləmədə Mərkəzi Bankın rolu daha çox olacaq. Lombard sahəsində isə istehlakçıların hüquqlarının qorunması istiqamətində fokuslanacağıq".










