Türkiyə Mərkəzi Bankı son açıqlamasına görə, Türk lirəsinin real effektiv məzənnəsi tarixi minimuma düşüb.
Eləcə də bax: Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə - ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, lirənin real effekti məzənnəsi 54.33 bənd səviyyəsinə düşüb.
Bu da cari ilin əvvəlində, fevral ayında 60 bənd təşkil etmişdi.
Qeyd edək ki, Türkiyədə inflyasiya 20% üzərində olmasına rəğmən, ölkənin mərkəzi bankı uçot faiz dərəcəsini 16%-ə qədər azaldıb. Ölkə rəhbərliyi inflyasiyanı bununla azaltmaq kimi planda çıxış edirlər. TCMB-nin bu qərarı arından ölkənin milli valyutası son bir ildə 41% devalvasiya edib. USD/TRY kursu 13.80 səviyyələrinə qədər yüksəlib.