“Standard&Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib.
FED.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır.
Agentliyin proqnozuna görə, hökumətin büdcə mövqeyi 2014-cü ildən sonra ilk dəfə artıma qayıdacaq.
“Nəticədə Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada suveren kredit reytinqində proqnozumuzu “neqativ”dən “stabil”ə dəyişir və reytinqi “BB+/B” səviyyəsində təsdiqləyirik”,- məlumatda qeyd edilib.