Ötən gün “Business Insider”-də yer alan xəbərə görə, ABŞ-da fəaliyyət göstərən “Jane Street Capital” şirkətinin platformasında əməliyyat görən aktivlərdən biri də Bitcoin-dir. Xəbərdə şirkətin dünyada günlük 13 milyard dollar dəyərində səhmlərin satılması əməliyyatı reallaşdırdığı bildirilir.
2000-ci ildə təsis olunan şirkətdən verilən elanda bu ifadələr öz əksini tapıb:
“Jane Street” bütün dünyada Bitcoin də daxil olmaqla, bir çox varlıq kateqoriyasından 56-dan çox məhsulla əməliyyat edir”.
“Business Insider”-də məlumat verən adlarının çəkilməsini istəməyən mənbələr şirkətin kripto əməliyyatlarına ötən il başladığını qeyd ediblər. Şirkətin internet saytında 2017-ci ildə bütün məhsulların ümumilikdə 5.6 trilyon dollarlıq əməliyyat həyata keçirdiyi qeyd olunub.
22 fevral 2016-cı ildə Landon Tomas Jr. tərəfindən qələmə alınan “New York Times” məqaləsində şirkət “gizli qapaqlı bir ETF (birja investisiya fondu) şirkəti” olaraq təyin olunur. “Jane Street Capital”-ın Bitcoin əməliyyatlarından əldə etdiyi mənfəət məlumatlar ictimaiyyətlə paylaşılmadığı üçün tam olaraq bilinmir. Ancaq şirkət kriptovalyuta bazarındakı təsirini artırmaq istəyir.
“Jane Street” həmişə uzun araşdırmalar nəticəsində investisiya imkanlarına şans verib və bundan sonra da davam edəcəkdir. Bazardakı kriptovalyuta vahidləri aktiv şəkildə və davamlı olaraq fəaliyyət göstərdiyi müddətdə oyuna girməyə hazırıq”.
Bu xəbərin bəlkə də ən sevindirici tərəfi “Jane Street”-in ABŞ-ın maliyyə qalası və müəyyən mənada dünyada ənənəvi maliyyənin paytaxtı “Wall Street”-dən olmasıdır. “Wall Street”-lə əlaqəsi olan bir çox şirkət və investorun son vaxtlar kriptovalyutalara meyl göstərdiyi nəzərə çarpır. Məsələn, məşhur investor Bill Miller 2017-ci ilin dekabrında investisiya fondunun yarısını Bitcoin-də saxladığını söyləmişdi. Sonda bunları qeyd edə bilərik: Ənənəvi adların, investorların, şirkətlərin kriptovalyuta bazarına daxil olması ilə ənənəvi maliyyə ilə kriptovalyuta dünyası arasındakı uçurum aradan qalxır.