Azərbaycanın “Günay Bank” ASC-nin təsis etdiyi “Günay Lizinq” Məhdud Məsuliyyətli Müəssisə yenidən fəaliyyətə başlayıb. Bu barədə FED.az saytına şirkətin direktoru Fərid Behbudov məlumat verib.
F.Behbudovun sözlərinə görə, müştərilər “Günay Lizinq” şirkətinə yaxınlaşmaqla illik faiz dərəcəsi 22%-dən, minimal ilkin ödəniş 25%-dən başlayaraq, maksimal müddət 36 ayadək olan şərtlərlə arzuladıqları avtomobilə sahib ola bilərlər.
F.Behbudov bildirib ki, ilkin olaraq müştərilərə avto-lizinq xidmətləri təklif olunur: “Avto-lizinq xidmətlərinə adi avtomobillərlə yanaşı xüsusi təyinatlı avtomobillərin lizinqi də daxildir. Şirkət yalnız rəsmi satış mərkəzləri ilə əməkdaşlıq edir. Hazıda yalnız yeni avtomobillər üçün lizinq xidmətləri göstərilir. Müştəri tərəfindən digər avadanlıqların lizinqi təklifi olarsa, biz həmin müştəriyə fərdi qaydada yanaşma edə bilərik”.
Qeyd edək ki, “Günay Lizinq” şikrəti 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkətin baş ofisi Bakı şəhəri, Aşıq Alı küçəsi,3A ünvanında yerləşir.
Müştərilər lizinq şərtləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün (+99412) 565-39-81/82 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.