“Finex Kredit” kapitalını artırıb.
“Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 200 min manat artırılaraq 800 min manata çatdırılmışdır. Bu barədə ASC-nin yaydığı məlumatda deyilir.
Kapital atımının müvafiq qaydada dövlət qeydiyyatı başa çatdırılmışdır.
"Kapital artımı fiziki şəxslər hesabına baş tutmuşdur. Bu artım şirkətin strateji yol xəritəsinə əsasən aparılaraq onun maliyyə dayanıqlığının möhkəmlənməsi, kreditləşmənin genişləndirilməsi və gəlirliyin artırılmasına xidmət edəcəkdir",- Şirkətin məlumatında deyilir.
Kapital artımından öncə, “Finex” şirkətlər qrupuna daxil olan “Finex Kredit” ASC-nin səhmlərinin 73,33%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsus idi.