“Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin sonuna qədər nizamnamə kapitalını 200 min manat və yaxud 33,3% artıraraq 800 min manata çatdıracaq.
BOKT-dan verilən məlumata görə, kapital artımında “Finex Credit”in əsas səhmdarı – “Finance Leasing” ASC iştirak etməyəcək. Son nəticədə lizinq şirkətinin BOKT-un nizamnamə kapitalındakı payı indiki 73,33%-dən 55%-ə düşəcək.
Əvəzində, digər 2 səhmdar - “Finex Credit”in səhmlərinin müvafiq olaraq 14,9%-nə və 11,77%-nə nəzarət edən Sevda Cəbrayıl qızı İbrahimova və Mobil Famil oğlu Şərifovun payları ümumilikdə 45%-ə yüksələcək.
Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, əsas səhmdarı ilə birlikdə “Finex Group”a daxildir.
Report