Bank sektoru iqtisadi durğunluqdan geri dönüş edə bilib.
Bunu İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, artıq bank sektorunda böhranın dərinləşməsindən danışmaq olmaz: “Bütün parametrlər üzrə göstəricilər müsbətə doğru dəyişmək istiqamətindədir. Kardinal dəyişikliklərin olduğu deyə bilməsək də, amma bütün göstəricilər-portfelin, dollarlaşmanın səviyyəsi,kredit həcmi müsbətə doğru irəliləyir”.
V.Qasımlı hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti maliyyə-bank sektorunun böhrandan tam çıxmasına, bu sektorda bütün gözləntiləri 2018-ci ildə doğrultması istiqamətində böyük irəliləyişə səbəb olacaq: “ Banklar artıq kredit verərkən daha az risk antipatiyası ilə üzləşdiklərinə görə və dövlət kredit subsidiyalarının hesabına əlverişli faizlərlə kreditləri sahibkarlara təqdim edirlər. Digər tərəfdən, zəmanət mexanizmi imkan verəcək ki, girovla bağlı çətinlikləri bağlı məsələlər öz həllini tapsın”.
O bildirib ki, ipoteka kredit zəmanət sistemi seçilən çox uğurlu bir nümunədir: “2018-ci ildən artıq bu fəaliyyətə başlayandan sonra maliyyə-bank sektoru iqtisadiyyatın çağırışlarına cavab verə biləcək.İlk növbədə maliyyə resurslarının mobilizasiya olunub iqtisadiyyatın real sektoruna ötürülməsini təmin edəcək”.
“Bu addım bank sektorunu böhrandan çıxaracaq” – VÜSAL QASIMLI
16:09
27 Dek 2017