Polad boru istehsalı ilə məşğul olan “Bakı İnşaat Sənaye” ASC 2016-cı ildəki fəaliyyətinin yekunu olaraq səhmdarlarına dividend ödəməyə qərar verib.
Müəssisənin 260 726 manatlıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 2 manat olan 130 363 ədəd səhmin hər birinə 0,58 manat, yəni ümumilikdə 75 610,54 manat dividend ödəniləcək.
Xatırladaq ki, “Bakı İnşaat Sənaye” ASC 2004-cü ildə yaradılıb, paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində fəaliyyət göstərir. Şirkətin səhmlərinin 61,4323%-i Loğman Zülfüqarlıya, 31,4261%-i Nurəddin Zülfüqarlıya, 7,1416%-i isə 89 fiziki şəxsə məxsusdur.