Səhmləri Beynəlxalq Banka məxsus olan və ölkənin kart prosessinq mərkəzi kimi dövriyyənin 90 faizini əhatə edən AzəriKard ilə bağlı vəziyyətdə qeyri-müəyyənlik yaranıb.
FED.az xəbər verir ki, Beynəlxalq Bankın səhmdarlarının toplantısında törəmə təşkilatların ləğv edilməsi qərara alınıb. “Azərikard”ın bu siyahıda olub-olmaması ilə bağlı Bankın rəsmi açıqlaması hələki yoxdur. Ancaq fakt budur ki, Azərbaycan banklarının 90 faizi məhz AzəriKard xidmətlərindən istifadə edir və onun bağlanması real görünmür.
Üstəlik, bu şirkətin bazarda gəlirlə çalışdığı məlumdur. Ona görə də mütəxəssislər onun satılması və ya tabeçilik funksiyalarında dəyişməsi ehtimalı üzərində daha çox dayanırlar.
AzəriKard-ın törəmə şirkəti ilə birlikdə özəlləşməyə çıxarılması isə real görünmür. Çünki Azərbaycan höküməti bank sektorunun prosessinq mərkəzinin xarici nəzarətə verilməsinə yol verilməyəcək.
“AzəriKard” satılacaqmı?
10:02
15 Mart 2018