Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi yenidən sürətlə enməyə başlayıb.
Eləcə də bax: Gürcüstanda ərzaq və geyim bahalaşıb
FED.az xəbər verir ki, bu gün saat 12:00-da "Bloomberg" ticarət platformasında 1 ABŞ dollarının dəyəri 3,2750 lari təşkil edib. Gürcüstan Milli Bankının ötən gün saat 17:00-da təyin etdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar – 3,2438 lari təşkil edib. Bir həftə öncə isə 1 dollar 3,21 lariyə bərabər idi.
Qeyd edək ki, Gürcüstan Milli Bankı larini qorumaq məqsədilə ötən gün valyuta hərracında 60 mln. dollar satışa çıxarıb. Bu, bazar tənzimləyicisinin cari il ərzində sayca 21-ci və ən irihəcmli xarici valyuta satışı olub. Ümumilikdə, Gürcüstan Milli Bankı 2020-ci ildə ehtiyatlarından 709,650 mln. dollar satıb. (Apa)