Azərbaycan şirkətlərinin qiymətli kağızlar bazarına marağının az olmasının səbəblərindən biri bəzi şirkətlərin şəffaf olmaqdan çəkinməsidir. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov bu gün Bakıda MBNP və ASK-nin təşkilatçılığı ilə keçirilən «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinaq və investisiyalar» keçirilən müzakirələrdə FED.az-ın sorğusuna cavab olaraq bildirib.
Eləcə də bax: İbrahim Alışov: “Banklarda sınaq dövrü olacaq”
Onun sözlərinə görə, hazırda dövlət tərfindən bu vəziyyətin dəyişdirilməsi ilə bağlı tədbirlər görülür. Amma şirkətlərin qiymətli kağızlar bazarına (məsələn səhm və istiqraz buraxılışına – FED.az) marağının artırılması üçün stimul da lazımdır.
C.Nəzərov bildirib ki, hazırda palatada QK bazarının stimullaşdırılması üçün bu sahyə vergi güzəştlərinn verilməsi müzakirə edilir və artıq yaxın vaxtlarda bu yeniliklər tətbiq oluna bilər: «Məsələn, mənim fikrimcə, bu prosesə vergi stimulu çox müsbət təsir edə bilər. Qeyd etdiyim kimi, hazırda palata qiymətli kağızlar bazarında verginin stimullaşdırılması, yəni bu sahədə vergilərin bir qədər azaldılması və ya məsələn kağızlaın 3 il müddətində saxlandığı halda mənfəət vergisinin verilməməsi kimi məsələləri müzakirə edir. Bu kimi məsələlər bizim tərəfimizdən baxılır və ümid edirəm ki, bu qısa zamanda tətbiq ediləcək və şirkətlər üçün stimul olacaq».