Bu gün kriptovalyuta bazarında bütün rəqəmsal pullar ucuzlaşıb. FED.az xəbər verir ki, hazırda bitkoin 2,17% ucuzlaşaraq 6 min 502 dollara satılır.
Ethereumun qiyməti 3,55% düşərək 463 dollara ticarət edilir. "Bitcoin Cash" isə 6,54% ucuzlaşaraq 756 dollara düşüb.
Qeyd edək ki, hazırda kriptovalyuta bazarının ümumi dəyəri $264,694,815,090-dır.
Kriptovalyutalar ucuzlaşdı - QİYMƏTLƏR
11:13
4 İyul 2018