Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədi - TƏSDİQ EDİB
AMB-dan FED.az-a bildirilib ki, 2022-ci ilin I rübündən etibarən həyata keçirilən sorğu cari rübdə daha da təkmilləşdirilib. Belə ki, kreditləşmə fəaliyyətindən əlavə olaraq bankların maliyyələşmə mənbələrinə dair suallar da sorğuya əlavə olunub.
Sorğu nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə biznes, ipoteka və istehlak portfellərinin hər biri üzrə bankların kreditləşmə siyasətində sərtləşmə, tələbdə isə artım müşahidə edilib. Sorğuya əsasən, banklar növbəti rübdə biznes, istehlak və ipoteka kreditləri üzrə kredit standartlarında, həmçinin biznes və istehlak kreditləri üzrə tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər. Bununla belə, respondentlər ipoteka kreditləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitlərində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunmuşdur. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər.
Qeyd edək ki, sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2024-cü ilin IV rübü üzrə “Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri” ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://uploads.cbar.az/assets/4feafe1743cfb09341492466a.pdf