2021-ci ilin iyun ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 24 milyard 157 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda pul bazası yeni - Tarixi Maksimuma Çatıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 591 milyon manat azalıb.
Cari ilin iyun ayında cəmi depozit və əmanətlərin 8 milyard 435 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 775 milyon manatı maliyyə təşkilatlarına, 13 milyard 946 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 729 milyon manat artıb, maliyyə təşkilatlarına məxsus depozitlər 319 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 1 milyard 180 milyon manat artıb.
İyun ayında cəmi depozit və əmanətlərin 12 milyard 477 milyon manatı və ya 52%-i xarici valyuta ilə yerləşdirilib.