2021-ci ilin noyabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 26 milyard 791 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 4 milyard 485 milyon manat azalıb.
Cari ilin noyabr ayında cəmi depozit və əmanətlərin 9 milyard 52 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 821 milyon manatı maliyyə təşkilatlarına, 15 milyard 918 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard 144 milyon manat artıb, maliyyə təşkilatlarına məxsus depozitlər 109 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 3 milyard 450 milyon manat artıb.
Noyabr ayında cəmi depozit və əmanətlərin 13 milyard 662 milyon manatı və ya 51%-i xarici valyuta ilə yerləşdirilib.