“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi aparılmalı, o cümlədən kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə (MKR) təqdim etməlidir.
Beləliklə, sözügedən Qanuna edilmiş dəyişikliklə ölkədə fəaliyyət göstərən bütün kredit ittifaqları kredit məlumatlarına çıxış imkanını əldə edəcək, o cümlədən borcalanların kredit qabiliyyətliyini daha düzgün qiymətləndirə biləcək və qərar vermə prosesini daha effektiv təşkil edə biləcək.