«Kredit ittifaqları haqqında» qanuna dəyişiklik edilir.
Eləcə də bax: Hesablama Palatası: Uçot dərəcəsinin azalması - Kredit Qoyuluşunu Artırmayıb
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra banklar və BOKT-lar kimi, kredit ittifaqları da hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın yanındakı Mərkəzləşmiş Kredit Reyestrinə və kredit bürosuna təqdim edəcəklər. Bununla bağlı «Kredit ittifaqları haqqında» qanuna yeni 15-1 maddəsi əlavə ediləcək.
Bu yeniliklə əlaqədar olaraq paralel olaraq İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Dəyişikliyə görə, kredit ittifaqlarının da MKR-ə və kredit bürosuna məlumat verməməsinə görə cərimə nəzərdə tutulub.
Amma bu cərimənin məbləği banklar və BOKT-lardan daha az olacaq. Belə ki, məcəlləyə əsasən bank və BOKT-ların kredit bürosu v MKR-ə məlumat verməməsinə görə, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 10-12 min manat cərimə edilir.
Kredit ittifaqları üçün isə cərimə - vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün 1000-1200 manat nəzərdə tutulub.