Məsuliyyətli kreditləşmə və borcalma mədəniyyəti, həm bankları, həm də müştəriləri qoruyur.
Müştəri barədə məlumat təkcə bankdan deyil – «Azercell», «Azərişıq», «Azəriqaz»dan da alınır
«Risklərin düzgün qiymətləndirməsi, məsuliyyətli kreditləşmə və borcalma mədəniyyəti - bütün bunlar həm bankların, həm də cəmiyyətin təhlükəsizliyini təmin edir».
FED.az xəbər verir ki, bu barədə «Azərbaycan Kredit Bürosu»nun baş direktoru Elçin Həbibov bu gün Bakıda işinə başlayan I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.
O qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı ilə kredit büroların imkanları da genişlənir. Artıq müştərilər barədə məlumatlar təkcə bank və BOKT-lardan deyil digər təşkilatlardan da toplanır: “Artıq bir çox büro alternativ məlumat mənbələrindən, məsələn, mobil operatorlar, kommunal xidmətlər, e-ticarət platformalarından istifadə etməklə ənənəvi maliyyə sisteminə çıxışı olmayan şəxsləri də kredit tarixçəsinə daxil edə bilir»-deyə Həbibov bildirib.