Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 faizindən artığı tələb olunmayacaq.
Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artığı - TƏLƏB OLUNMAYACAQ
FED.az xəbər verir ki, Mülki Məcəllədə bu barədə dəyişiklik edilməsi nəzərdə tutulur.
Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ödənişin gecikdirilməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır.
Mövzu ilə bağlı danışan millət vəkili Rüfət Quliyev dəyişikliyin xüsusilə kredit alanlar üçün əlverişli olacağını deyib.
İqtisadçı Rəşad Həsənov da bildirir ki, hazırda qüvvədə olan qanunvericiliklə bankların cərimə tətbiq etməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Nəticədə kreditorlar gecikmiş günlərin sayına görə müəyyən məbləğdə dəbbə pulu yazırdılar. Bəzən isə minimal məbləğdə kredit alan şəxs gecikmələrə görə daha yuxarı cərimə faizi ödəməli olurdu.
Rəşad Həsənovun sözlərinə görə, bəzi hallarda məhkəmə qərarı ilə dəbbə pulları silinsə də, bu, problemi kökündən həll etmirdi. Yeni qaydalar isə hətta böhran dövrlərində belə ödəmə qabiliyyətini artıra bilər.
Cərimə faizlərinin minimum həddə müəyyən edilməsi kreditalanların məsuliyyət yükünü azalda biləcəyi qənaətinə gəlincə, iqtisadçı Rəşad Həsənov bunu mümkün hesab etmir. Çünkiborcun gec ödənilməsi istehlakçının kredit göstəricilərini aşağı salır ki, bu da gələcəkdə istənilən bankdan kredit götürməsinə əngəl yaradır. (Xezerxeber.az)