Kredit bürolarının rəqəmsal maliyyə sistemlərində rolu getdikcə artır.
FED.az xəbər verir ki, bunu 23 iyun 2025-ci ildə Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev bildirib
“Maliyyə xidmətlərinin məsafədən göstərilməsi şəraitində kredit büroları identifikasiya və autentifikasiya proseslərində, eləcə də rəqəmsal uyğunluq tədbirlərində aparıcı mövqe tutur. Onlar real vaxt rejimində şəxsiyyətin təsdiqi və maliyyə analizlərini təmin etməklə xidmətlərin çevikliyini artırır”, – deyə Mərkəzi Bankın sədr müavini qeyd edib.