Azərbaycan Mərkəzi Bankı köhnə binalarda ipoteka kreditlərinin verilməməsinə açıqlama gətirib.
Azərbaycanda bankların ipoteka krediti portfeli 5 milyard manata yaxınlaşır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
"Köhnə binalara ipoteka kreditlərinin verilməməsinin səbəbi binanın istismar müddəti ilə bağlıdır. Məsələn 70 illik binadırsa, artıq 60 ildir istismar olunarsa, 25 illik ipoteka krediti verilə bilməz. İpoteka kreditinin ödəmə müddəti binanın istismar müddətini keçməməlidir", - deyə o, vurğulayıb.













