Avropa İttifaqı və ABŞ Çin ilə Hindistana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçririr.
FED.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin məqaləsində bildirilib.
Qeyd olunub ki, bu addım Çinin istehsalı olan pilotsuz uçuş aparatı (PUA) mühərriklərinin sənayedə istifadə olunan soyuducu avadanlıqları adı ilə Rusiyaya göndərilməsinə cavab xarakteri daşıyır.
Yeni məhdudiyyətlərin avqust ayından sonra tətbiq ediləcəyi də məqalədə öz əksini tapıb.
Müəllif həmçinin, qərarın verilməsinə əsas səbəbin rəsmi Pekinin dəfələrlə edilən müraciətləri cavabsız qoyması və bu fəaliyyətini əsaslandırmaması ilə bağlı olduğunu yazıb.