Martın əvvəlindən bəri investorlar "Silicon Valley Bank" (SVB) və Signature Bankın iflası fonunda ABŞ-ın altı böyük bankından 165 milyard dollar çıxarıblar.
ABŞ-ın ən böyük banklarından biri - MÜFLİS OLDU
FED.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bununla da "Citigroup", "Morgan Staney", "Bank of America", "Goldman Sachs", "JPMorgan Chase" və "Wells Fargo" bankları bazar dəyərinin 13%-ni itirib.
Qəzetin yazdığına görə, investorlar əmanətlər üzrə faiz dərəcələrinin artması səbəbindən bankların mənfəətinin azalacağından ehtiyat edirlər.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, ABŞ administrasiyası bir sıra bankların müflisləşməsindən sonra digər maliyyə institutlarının da müflis elan oluna və müştərilərinin hesablarından kütləvi şəkildə vəsait çıxarılması ilə üzləşə biləcəyini ehtimal edir. (Apa)