Azərbaycan Mərkəzi Bankı biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumat açıqlayıb.
Bank sektorunda çalışanların - SAYI ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, iyul ayında iyun ayının sonu ilə müqayisədə bankların biznes kreditləri portfeli 27.8 milyon manat azalaraq 11 milyard 622.7 milyon manata düşüb.
Biznes kreditlərinin 5 milyard 308 milyon manatı iri sahibkarlığa, 2 milyard 444.3 milyon manatı orta sahibkarlığa, 1 milyard 662.8 milyon manatı kiçik sahibkarlığa, 2 milyard 207.5 milyon manatı mikro sahibkarlığa verilib.
Biznes kredilərinin 4 milyard 107.1 milyon manatı kiçik və orta sahibkarların banklara olan borcudur.