Maliyyə Nazirliyinin kollegiyası «Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları»nı təsdiqləyib.
FED.az xəbər verir ki, bu Qaydalar «Mühasibat uçotu haqqında» qanunun tələblərinə uyğun olaraq maliyyə hesabatlarını KOS üçün MHBS-a uyğun tərtib edən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Eləcə də bax: Kiçik və orta biznesin alternativ - MALİYYƏLƏŞDİRİLMƏ ALƏTLƏRİ
Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.
“Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”