Əmlak Məsələləri Dövlət Komitəsi kəsiri örtmək üçün 2018-ci il dövlət büdcəsinə 100 milyon manat köçürəcək.
FED.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
K.Həsənov qeyd edib ki, nəzərdə tutulan bu məbləğdən artıq 80 milyon manat ödənilib: "İlin sonunadək həmin məbləği tamamilə köçürməyə çalışacağıq".