Azərbaycanın 2018-ci il büdcə kəsiri proqnozlaşdırılandan 4 dəfədən çox az olub.
FED.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.
Azərbaycan Respublikasının 2018-ci ilin dövlət büdcəsində büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır. 2017-ci ildə büdcə kəsiri 1 milyard 77 milyon 794 min manat olub.
Eləcə də bax: Vergidən azad olsan da uçotu aparmalısan - ƏKS HALDA CƏRİMƏ