BFB-dən FED.az-a verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirilmənin başlandığı tarixdən ilk 2 iş günü yalnız üstünlük hüququna sahib olan emitentin səhmdarlarının sifarişi anderrayter tərəfindən təmin ediləcək.
ELƏCƏ DƏ BAX: Bitcoini ucuz necə almaq olar? - MƏSLƏHƏT
İmtiyazlı səhmlərin satış qiyməti 12.39 AZN təşkil edəcəkdir. Qeyd edək ki, səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15%-dir.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyəbaşlanması tarixi | Q/k-ın ilkin ticarət qiyməti |
1 | AZ3001005157 | İmtiyazlı adlı sənədsiz | 1 614 205 (ədəd) |
21.12.2018 | 12.39 AZN |
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.