Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İsveçrə Milli Bankının Bern şəhərində yerləşən baş ofisində işgüzar səfərdə olub.
AMB-dən FED.az-a bildirilib ki, səfər çərçivəsində strateji planlaşdırma və idarəetmə çərçivələri, layihə portfelinin formalaşdırılması və monitorinqi, o cümlədən rəqəmsal transformasiya təşəbbüsləri üzrə müzakirələr aparılıb.
Tərəflər arasında həmçinin strategiya və layihə idarəetməsi istiqamətində çağırışlar və dəyişikliklərin idarə olunması sahələrində tətbiq olunan yanaşmaların müqayisəli şəkildə təhlili aparılıb.
Görüşlər zamanı hər iki qurum arasında strategiya və layihə idarəetməsi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.










