«Moody's» reytinq agentliyi İstanbul və şəhər bələdiyyəsinin yeni reytinqini açıqlayıb.
FED.az xəbər verir ki, İstanbulun reytinqi agentliyin reytinq komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirə edilərək təsdiqlənib.
Agentliyin qərarına görə, İstanbulun kredit reytinqi B1 səviyyəsində təsdiqlənib, kredit qabiliyyəti üzrə proqnoz «müsbət»dir.
«Moody's»in bununla bağlı açıqlamasında bildirilir ki, yeni reytinq İstanbulun yüksək əməliyyat göstəricilərini və qiymətli baza aktivlərini göstərir. Eyni zamanda şəhərin iri iqtisadiyyatı gəlirlərin çevikliyini təmin edir.
Eyni zamanda İstanbulun böyük borc yükü var və valyuta riski qarşısında zəifdir.
Açıqlamada deyilir ki, İstanbulun böyük kapital xərcləri onun iqtisadi vəziyyətinə təsir edir. Xərclərin artımı isə şəhər əhalisinin sürətlə çoxalması, iqlis riskləri, o cümlədən su qıtlığı və istilik stressi ilə bağlıdır.
Eyni zamanda kredit reytinqi göstərir ki, əgər şəhər likvidlik problemi (yəni pul qıtlığı ilə – FED.az) üzləşsə Türkiyə hökuməti ona lazımi dəstəyi göstərəcək.