İsrail Bankı (Mərkəzi Bank) Fələstinlə münaqişənin kəskinləşməsi fonunda daxili maliyyə bazarına dəstək proqramı çərçivəsində 30 milyard ABŞ dollarına qədər xarici valyuta satmağa qərar verib.
İsrailə hücum qızılın qiymətini qaldıra bilər - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi quruma istinadən məlumat yayıb.
Bildirilib ki, tənzimləyicinin qarşıdakı dövr üçün fəaliyyəti İsrailin milli valyutasının – şekelin məzənnəsindəki dəyişkənliyin yumşaldılmasına və lazımi likvidliyin təmin edilməsinə yönələcək. (Report)