Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.
İki ayda verilən güzəştli kreditin sayı və məbləğinə görə bankların - SİYAHISI
FED.az xəbər verir ki, verilmiş kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5%-i kənd təsərrüfatının, 56%-i sənayenin (o cümlədən, aqrar emal), 3,5%-i isə digər sahələrin payına düşüb.
Bu ilin 2 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir. Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 96,5%-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 75%-ə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür.
Bununla yanaşı, mikro, kiçik və orta bizneslərin dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi davam etdirilib. Yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.