Ermənistan hökuməti Rusiyaya müraciət edərək silah alınması barədə ödədiyi 400 mln. dolların geri qaytarılmasını istəyib.
Paşinyan: "Rusiyanın özünə silah lazımdır, bizim təhlükəsizliyimizi necə təmin edəcək?"
FED.az xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.
Bildirilib ki, Ermənistan buna səbəb kimi ölkədə yaranmış ağır sosial vəziyyəti göstərib.
Qeyd olunub ki, Ermənistan silah alınması ilə bağlı Moskvaya vəsait ödəsə də, tədarük hələ həyata keçməyib. Lakin Rusiya tərəfi pulu ödəməkdən imtina edib. Bunu da onunla əsaslandırıb ki, silah tədarükünün çatdırılması ilə bağlı saziş ləğv olunmayıb. (Report)